"WhatsApp"da yeni funksiya

22:36 - 26 Yanvar 2023 - DİGƏR

Məşhur “WhatsApp” messencerinin tərtibatçıları foto redaktoru ona üç funksiya əlavə edərək təkmilləşdiriblər.

Ucnoqta.az xəbər verir ki, bu abrədə WABetaInfo portalı redaktorun yeni funksiyaları haqqında məlumat yayıb.

Mütəxəssislərin fikrincə, yeniləmə redaktoru təkmilləşdirmək üçün üç yeni funksiyanı ehtiva edir.

Birincisi, müxtəlif şriftlər arasında tez keçid etmək imkanıdır. Şrift seçimləri indi klaviaturanın üstündə təqdim olunur.

İkinci funksiya mətnin düzülməsini dəyişdirmək imkanı verir. Onun sayəsində mətni sola, mərkəzə və sağa uyğunlaşdırmaq mümkün olacaq.

Üçüncü funksiya ilə istifadəçilər mətnin fon rəngini dəyişə biləcəklər. Qeyd olunur ki, bu yenilik yazıların qavranılmasını təkmilləşdirmək üçün nəzərdə tutulub.

Hazırda yeniləmə yalnız Android üçün 2.23.3.4 beta versiyasında mövcuddur. Təkmilləşdirilmiş redaktorun geniş istifadəçilər üçün nə vaxt əlçatan olacağı barədə məlumat verilmir.

Emin

Xəbər xətti