Prezidentin yüksək vəzifə verdiyi Vüqar Əliyev kimdir? - FOTO

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinə yeni sədr təyin edilib.

Sərəncama əsasən, bu posta Vüqar Əliheydər oğlu Əliyev təyinat alıb. Qeyd edək ki, mediaya bağlı sahədə bu ad-soyadla bir neçə Vüqar Əliyev olduğundan jurnalistlər arasında çaşqınlıq yaranıb.

Ucnoqta.az xəbər verir ki, Vüqar Əliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dillər Universitetini bitirib.

V.Əliyev əvvəllər AZƏRTAC-da çalışıb. O, bir neçə il Dövlət İnformasiya Agentliyində Siyasət şöbəsində bölmə müdiri vəzifəsini tutub.
Daha sonra Heydər Əliyev Fondunda çalışıb.

Xatırladaq ki, AZƏRTAC-ın sabiq rəhbəri Aslan Aslanov noyabrın 19-da vəzifəsindən azad olunub.///modern.az

Tarix
28 Noyabr 2022 [14:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-11-28 14:09:03
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin