FIFA-dan Mahir Emreliyə QADAĞA - 100 min avro ...

20:33 - 6 Oktyabr 2022 - İDMAN

FIFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelini cəzalandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə 25 yaşlı hücumçunun sabiq klubu olan Polşa "Legiya"sının hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski özünün rəsmi tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, hazırda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən forvard Varşava təmsilçisi qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunub. Həmçinin FİFA Futbol Tribunalı Emrelinin "Legiya"ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb.

Bildirilib ki, borcunu qaytaranadək onun futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyulub.///report

Xəbər xətti