Rusiyadan sanksiyalar tətbiq edən ölkələrin şirkətlərinə qadağa

Rəsmi Moskva Rusiyaya qarşı nəqliyyat məhdudiyyətləri tətbiq edən ölkələrin şirkətləri tərəfindən malların daşınmasına qadağa tətbiq edib.

Müvafiq qərar Rusiya Federasiyası hökumətinin başçısı Mixail Mişustin imzalayıb.

Sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Qərar ölkənin vətəndaşlarına və hüquqi şəxslərinə qarşı nəqliyyat sahəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edən xarici daşıyıcılara məxsus, habelə xaricdə qeydiyyatda olan yük nəqliyyat vasitələri ilə Rusiyanın ərazisindən beynəlxalq yük daşımalarına qadağa qoyur.

Qadağa ikitərəfli və tranzit daşımalara, habelə üçüncü dövlətin ərazisindən və ya ərazisinə daşınmalara şamil edilir.

Sənəd oktyabrın 10-dan qüvvəyə minir və 2022-ci il dekabrın 31-dək qüvvədə olacaq.

Tarix
1 Oktyabr 2022 [23:45]
Müəllif
Üç nöqtə
2022-10-01 23:45:57
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin