Ana səhifə Mobil versiya
27 Sentyabr 2022

Milli arxiv fondu sənədlərindən istifadə qaydasını pozanlar cərimələnəcək

Milli arxiv fondu sənədlərindən istifadə qaydasını pozanlar cərimələnəcək.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Dəyişikliklə Məcəllənin 391-ci maddəsinin adı (Arxiv sənədlərinin, sənəd kolleksiyalarının saxlanılması, qeydiyyatı və ya istifadə edilməsi qaydalarının pozulması) dəyişdirilərək yeni (Milli arxiv fondu sahəsində qanunvericiliyin pozulması) redaksiyada verilib.

Dəyişikliklərlə Milli arxiv fondu sahəsində qanunvericiliyin tələblərinin pozulmasına, yəni:

1. arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi qaydalarının pozulmasına;

2. Milli arxiv fondunun mühafizəsi qaydalarının, habelə arxiv fondu sənədlərinin daimi mühafizə məqsədilə dövlət arxivlərinə təhvil verilməsinin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərinin pozulmasına;

3. arxiv fondlarının tərkibi və həcmi barədə məlumatların verilməsi formasının və müddətinin pozulmasına;

4. Milli arxiv fondu sənədlərindən istifadə qaydasının pozulmasına görə –xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan səksən manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.///report

Tarix
18 Avqust 2022 [16:18]
Müəllif
Üç nöqtə
2022-08-18 16:18:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin