Hərbçilərimiz Türkiyədə keçirilən təlimdə iştirak etdi - FOTO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan ikitərəfli əməkdaşlıq planına uyğun olaraq "Qardaş Briqada" layihəsi çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyədə keçirilən təlimdə iştirak edib.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, təlim müddətinin başa çatması ilə əlaqədar Türkiyə Silahlı Qüvvələrinin Ordu Korpusunun komandiri general-leytenant Rasim Yaldız və digər yüksək rütbəli zabitlərin iştirakı ilə mərasim keçirilib.

Mərasimdə çıxış edən general-leytenant R.Yaldız "Qardaş Briqada" layihəsi çərçivəsində hərbi qulluqçularımızın nümunəvi xidmət etdiyini vurğulayaraq təlim zamanı qazanılan bilik və təcrübələrin Azərbaycan Ordusunun daha da güclənməsi naminə tətbiq edəcəklərinə inandığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Tarix
13 Avqust 2022 [17:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-08-13 17:38:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin