Tovuzda ağır yol qəzası olub: ölənlər və yaralananlar var (YENİLƏNİB)

10:06 - 28 İyun 2022 - HADİSƏ

Tovuzda yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların şəxsiyyəti dəqiqləşib.

"Report"un məlumatına görə, rayonun Aşağı Quşçu kəndində "VAZ-2106" markalı iki avtomobilin toqquşması nəticəsində, 1997-ci il təvəllüdlü Hümbətov Həzirətabbas Yaşar oğlu və 2005-ci il təvəllüdlü Atayev Aykut Sahib oğlu hadisə yerində dünyasını dəyişiblər.

Daha 3 nəfər - 2009-ci il təvəllüdlü Hüseynov Uğur Rafiq oğlu, 2001-ci il təvəllüdlü Elşən Quliyev və 2002-ci il təvəllüdlü Nurlan Abbasov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət alanların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

09:00

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.


Ucnoqta.az xəbər verir ki, yol qəzası Aşağı Quşçu kəndində qeydə alınıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Aşağı Quşçu kəndində "VAZ" markalı iki minik avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məlumata görə, 2 nəfər ölüb, daha 3 nəfər müxtəlif xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti