Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏB

"Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) sədri Mürvət Həsənli öz niyyətinə çatıb. Artıq ucuz Belarus toyuqları bazardan sıxışdırıb çıxarılıb, yerli broylerlər qiymətləri artırıblar".

Ucnoqta.az xəbər verir ki, bunu Marja-ya açıqlamasında Belarusdan toyuq ətinin idxalı ilə məşğul olan “AFM” MMC-nin təsisçisi və direktoru Anar İsmayılov bildirib.
"Bəli, Mürvət Həsənli öz niyyətinə çatdı, bazarda qiymətləri qaldırdı. "AFM" şirkəti toyuğu 2,80 manata satırdı, bu da Mürvət Həsənlinin sədri olduğu Assosiasiyanın üzvü olan fabriklərin satışlarına mənfi təsir edirdi. Bizə Belarus toyuqlarını idxal etməyə imkan vermədilər, bazarda toyuq ətinin kiloqramını 4,85 manata qaldırdılar. 2,80 manat hara, 4,85 manat hara. Arada 2,05 manat fərq var", - iş adamı deyib. 

Qeyd edək ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası Belarusdan idxal olunan toyuqların yumurtadan kəsilmiş, qoca, 2-ci sort bu toyuqların Azərbaycanda ucuz qiymətə "kənd toyuğu" adı ilə satılmasının istehlakçıların aldadılması faktı olduğunu iddia edib. Bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi marketlərdə Belarus toyuqlarının satışını dayandırıb və geri çağrılması barədə qərar qəbul edib.

Qeyd edək ki, marketlərdə yerli fabriklərin toyuq ətləri bahalaşıb. Məsələn,"Siyəzən Broyler"in “KənDad” toyuq məhsulunun qiyməti artıb. Əgər İyunun 19-da bu məhsulun 1 kiloqramı 4,85 manatdan təklif olunurdusa, 22 İyunda qiyməti 5,89 manat təşkil edib (qiyməti 1 manat 4 qəpik və ya 21,4% artıb).

Tarix
23 İyun 2022 [12:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-23 12:48:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin