Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi iclas keçirib. Məşqçi müəllimlərin fəaliyyəti, taekvondoçuların çıxışları müzakirə olunub.
Ucnoqta.az xəbər verir ki, verilən qərara əsasən məşqçi müəllimlərin heyətində müəyyən dəyişikliklər edilib. Kişilərdən ibarət yığmanın baş məşqçisi Reza Mehmandost istefa verib. Onu Məmməd Abdullayev əvəz edəcək.
Qadınlardan ibarət komandaya Sənan Həşimov başçılıq edib. (FTA)
Xatırladaq ki, bu il Azərbaycan taekvondoçuları Avropa çempionatında yalnız bir bürünc medal qazanıblar. Qran-pri yarışlarında isə uğursuz çıxış ediblər.