Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi artır

Vüqar Bayramov: Tərəflər qarşılıqlı olaraq mövcud potensialdan daha çox faydalanacaqlar

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri iki ölkə arasında əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirir. Ucnoqta.az xəbər verir ki, səfərin nəticələri barədə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov qeyd edib ki, Türk Dövlətləri Təşkilatının üzvü olan iki ölkə arasında son illərdə münasibətlərin daha da dərinləşməsi müşahidə olunur. “İqtisadi əlaqələrə gəldikdə isə ötən il iki ölkə arasında ticarət dövriyyəsi 111 milyon 903 min dollar olub. Bu, 2020-ci ilə nisbətən 16 faiz artım deməkdir. Azərbaycan və Özbəkistan pandemiya dövründə də öz aralarındakı qarşılıqlı ticarət dövriyyəsini qoruyub saxlaya və hətta artıra biliblər. 2019-cu ildə iki ölkə arasında dövriyyənin həcmi 81 milyon 962 min dollar olduğu halda, 2020-ci ildə bu göstərici 82 milyon 318 min dollar oldu”. V.Bayramov əlavə edib ki, 2021-ci ildə Azərbaycan Özbəkistandan 78 milyon 431 min dollarlıq mal idxal edib. Bu əvvəlki ilə nisbətən 32,5 faiz artım deməkdir. Azərbaycan isə Özbəkistana ötən il 33 milyon 490 min dollarlıq mal ixrac etdib ki, burada 44,9 faizlik artım qeydə alınıb.

“Xarici ticarət əlaqələrinin struktruna gəldikdə, ötən il Azərbaycan Özbəkistandan 4 milyon 862 min dollarlıq televiziya qəbulediciləri, 2 milyon 628 min dollarlıq məişət kondisionerləri alıb. Bununla bərabər, təzə meyvə (829 min dollar), paltaryuyan maşınlar (538,7 min dollar), kağız və kartondan sanitar-gigiyenik məmulatlar (504,9 min dollar), ayaqqabı (131,9 min dollar), təzə tərəvəz (51,1 min dollar) də idxal məhsulları arasındadır. Ötən il Azərbaycan Özbəkistana 7 milyon 51 min dollarlıq şəkər məhsulları göndərib”, - V.Bayramov vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, son dövlət səfəri ölkələrimiz arasında münasibətlərin daha dinamik inkişaf etməsinə zəmin yaradacaq və tərəflər qarşılıqlı olaraq mövcud potensialdan daha çox faydalanacaqlar.

Tarix
23 İyun 2022 [10:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-23 10:51:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin