Bakıda güclü külək dayanacağı aşırıb. Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, avtobus dayanacağı küləyə davam gətirməyərək aşıb. Xəsarət alanlar barədə məlumat yoxdur.