Bakıda iki nəfərin öldüyü qəzanın görüntüləri - ANBAAN VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

BDYPİ-dən Ucnoqta.az-a daxil olan məlumata görə, bu gün saat 03:15 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 65-ci kilometrliyində Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Əsədzadə İbrahim Qaraş oğlu nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “Chevrolet” markalı, 99-PC-811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə paytaxt istiqamətində hərəkətdə olarkən, yol kənarında saxladıqları avtomobildən düşüb piyada qismində dayanan Bakı şəhər sakinləri 1984-cü il təvəllüdlü Qurbanov Emil Məhəmməd oğlunu və 1967-ci il təvəllüdlü Cəfərov Səyavuş Əyyub oğlunu vurub, eyni anda sonuncuya məxsus “Mercedes” markalı, 90-CR-455 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində S.Cəfərov və E.Qurbanov hadisə yerində həlak olublar.

Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan xüsusilə günün qaranlıq vaxtı, eləcə də məhdud görünmə şəraitində avtomobillərinin dayanma, durma, yaxud parklanması zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxslərdən isə avtomobillərini təcrübəsiz və müvafiq idarəetmə hüququ olmayan şəxslərə etibar etməkdən çəkinməyi xahiş edir: "Unutmamalıyıq ki, səhlənkarlığın aqibəti hansısa faciənin ilkin mərhələsidir!"

Tarix
27 Aprel 2022 [17:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-04-27 17:33:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin