Tovuzda ölümlə nəticələnən yanğının TƏFƏRRÜATI

09:48 - 27 Yanvar 2022 - HADİSƏ

Tovuz şəhərində ki, ticarət mərkəzində ölümlə nəticələnən yanğın hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un məlumatına görə, həmin ərazidə yanmış meyiti aşkarlanan 62 yaşlı Ələkbər Ələkbərov tüfeyli həyat tərzi yaşayan biri olub. O, orada gecələyib və isinmək üçün ocaq qalayıb. İçki düşkünü də olduğu bildirilən şəxs elə qaladığı ocağ səbəbindən yaranmış yanğında yanaraq dünyasını dəyişib.

Qeyd edək ki, Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 kvadratmetr olan bir otağında məişət tullantıları 3 kvadratmetr sahədə yanıb. Ə.Ələkbərovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən ərazidə aparılan kəşfiyyat zamanı aşkarlanıb.

Onun meyiti adiyyəti üzrə təhvil verilib.

Xəbər xətti