Binəqədidə yolu keçən piyadanı avtomobil vurub

11:43 - 5 Dekabr 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Əzimov Yüsif Məmmədağa oğlu yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sağ əlin sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti