Bakıda mağazada çox sayda saxta spirtli içkilər aşkarlandı - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küç., ev 34, m.54 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quliyev Zahir Cəfər oğluna məxsus topdan və pərakəndə satış müəssisəsində plandankənar yoxlama keçirib.

AQTA-dan Ucnoqta.az-a verilən məlumata görə, yoxlama zamanı mağazada satışı həyata keçirilən saxta spirtli içkilər müəyyən olunub. Aşkar olunmuş fakta bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 70 ədəd 0,7 litrlik, 84 ədəd 0,5 litrlik və 73 ədəd 1 litrlik “Organic Line” adlı saxta spirtli içki məhsulları götürülərək saxlanca verilib.

Müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Faktla bağlı araşdırmalar davam edir.

Tarix
29 Noyabr 2021 [11:03]
Müəllif
Üç nöqtə
2021-11-29 11:03:25
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin