Formula 1 komandasının yaradıcısı vəfat etdi

00:22 - 29 Noyabr 2021 - HADİSƏ

Formula 1 üzrə “Uilyams” komandasının yaradıcısı ser Frenk Uilyams vəfat edib.

O, 79 yaşında dünyasını dəyişib.

Uilyamsın ölümü ilə bağlı məlumatı onun qızı Kler yayıb. Artıq “Uilyams” komandası və Formula 1-dən rəsmi açıqlama verilib.

Qeyd edək ki, Frenk Uilyams ilk komandasını 1966-cı ildə qurub və 1969-cu ildən Formula 1-də yarışmağa başlayıb. Daha sonra maliyyə problemləri üzündən Uilyams ilk komandasını satmaq məcburiyyətində qalıb.

O, 1977-ci ildə Patrik Hed ilə birlikdə ikinci komandasını yaradıb.

Məhz bu komanda mövcud olduğu müddətdə 9 dəfə Konstruktorlar Kubokunu qazanıb. Onun sürücüləri isə 7 dəfə fərdi yarışın qalibi olublar.

Frenk Uilyams 1986-cı ildə avtomobil qəzası nəticəsində iflic olub. Lakin buna baxmayaraq, o, uzun müddət aktiv şəkildə komandaya rəhbərlik etməyə davam edib.

Mənbə: Sports.ru

Xəbər xətti