Azərbaycanda yaşayış minimumunun məbləği artırılır

12:18 - 27 Oktyabr 2021 - Cəmiyyət

Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdi.
Qanun layihə Milli Məclisə daxil olun və növbəti iclaslarda müzakirəyə çıxarılması nəzərdə tutulur.

Xəbər xətti