Gəncədə intihara cəhd hadisəsi olub

18:11 - 26 Oktyabr 2021 - HADİSƏ

Gəncə şəhərində intihara cəhd hadisəsi olub.

Məmmədova Vüsalə Gülbala qızı bu gün müxtəlif dərman vasitələri içərək intihara cəhd edib. O, təcili olaraq xəstəxanaya yerləşdirilib.

Vəziyyətinin kafi olduğu bildirilib.

Faktı hüquq-mühafizə orqanlarından Oxu.Az-a təsdiq ediblər. Məsələ ilə bağlı araşdırma aparıldığı deyilib.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, Vüsalə Məmmədova Vətən müharibəsi şəhidi Sahib Azər oğlu Həsənovun anasıdır. 

Xəbər xətti