İcra başçısının direktor arvadı işdən çıxarıldı - VİDEO

11:50 - 16 Oktyabr 2021 - Xəbər

Şagird, valideyn və müəllim kollektivi qarşısında çıxış edərkən 27 sentyabr - Anım Gününə “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə “24 günlük müharibə” deyən direktor işdən çıxarılıb. 

217 nömrəli tam orta məktəbin direktoru Bənövşə Cəfərova bir neçə gün əvvəl vəzifəsindən kənarlaşdırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq direktorun işdən çıxarılması ilə bağlı məlumat təsdiqlənib.

Xatırladaq ki, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.

Xəbər xətti