İbrahimoviç yubileyində özünə 450 minlik “Ferrari” hədiyyə etdi

14:00 - 4 Oktyabr 2021 - AVTO

"Milan"ın və İsveç milli komandasının məşhur hücumçusu Zlatan İbrahimoviç 40 illik yubileyinə gözəl bir hədiyyə edib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, futbolçu qarajını elit “Ferrari” ilə zənginləşdirib.
İbrahimoviç 40 illik yubileyi ilə bağlı möhtəşəm bir ziyafət təşkil edib. Onun ad günü oktyabrın 3-də olsa da, şənliklər iki gün əvvəldən başlayıb.

Sonra Zlatan unikal “Ferrari SF90 Stradale”yə sahib olub. Ma.ən ona 450 min avroya başa gəlib. 

“Zlatan, ad günün mübarək!”, - futbolçu özü özünü belə təbrik edib.

Xəbər xətti