Azərbaycanda məşhur kardioloq koronadan öldü - FOTO

12:55 - 25 Sentyabr 2021 - HADİSƏ

Azərbaycanda həkim koronavirusun qurbanı olub.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, kardioloq-alim Gülməmməd Hacıyev COVID-19 səbəbi ilə həyatını itirib.

Qeyd edək ki, o, 1949-cu ildə anadan olub. G. Hacıyev Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsində təhsil alıb. Bir çox kardioloqun mütəxəssis kimi yetişməsində əməyi olub. 


Xəbər xətti