Azərbaycana paltaryuyan maşınlarının idxalı artıb

21:24 - 17 Sentyabr 2021 - Xəbər

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycana kondisioner idxalı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 0,8% azalaraq 122,8 min ədədə düşüb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri 31 milyon 341,5 min dollar məbləğində (artım 6,1%) qiymətləndirilir.

Həmçinin, yanvar-iyul aylarında Azərbaycana 71 milyon 328,2 min dollar dəyərində (azalma 0,3%) 429,6 min ədəd (artım 18,8%) hesablama maşını, blok və qurğusu idxal olunub.

Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 34,1% artaraq 122,4 min ədədə yüksəlib. İdxalın ümumi dəyəri 26 milyon 428,9 min (artım 52,2%) təşkil edib.

Xəbər xətti