Ana səhifə Mobil versiya
18 Sentyabr 2021

“Qarabağ Zəfəri”nin qalibləri Ərdoğanla görüşdü - Foto

Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondunun (TÜGVA) birgə həyata keçirdiyi “Qarabağ Zəfəri” rəsm müsabiqəsinin azərbaycanlı gənc qalibləri Türkiyəyə səfərə yollanıblar.

Gənclər Fondundan bildirilib ki, həmçinin, bu həftə müsabiqənin qalibi seçilmiş türkiyəli gənclər ölkəmizə səfər ediblər. Onların Bakıda Şəhidlər və Fəxri Xiyabanı, Hərbi Qənimətlər Parkı, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyinə ziyarətləri təşkil olunub. Növbəti gün Gəncə şəhərinə yola düşən qonaqlar Nizami Gəncəvi məqbərəsi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, İmamzadə dini kompleksinə ziyarət ediblər.

“Qarabağ Zəfəri” müsabiqəsinin qalib türkiyəli və azərbaycanlı gənclər eyni zamanda ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti cənab Receb Tayyib Ərdoğanla görüşüblər.

Qeyd edək ki, elan olunmuş rəsm müsabiqəsi şanlı ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Zəfərə həsr olunub, əsas məqsədi Qarabağ Zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə təcəssüm etməkP və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirmək idi. Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondu (TÜGVA) bu il də hər iki ölkənin gəncləri üçün ortaq layihələrin həyata keçiriləcəyini bildiriblər.

Tarix
18 İyun 2021 [19:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-18 19:50:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin