Bakıda ən çox yol qəzaları bu ərazilərdə olub - RƏSMİ

Bakıda ən çox yol qəzaları baş verən ərazilər açıqlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, ötən gündən indiyə qədər ən çox yol qəzası paytaxtın ən yüksək ərazilərində baş verib:

"Ən çox yol - nəqliyyat hadisələri Lökbatan dairəsi, 3-cü Kənar Dairəvi Yol, "Şamaxı yol" istiqaməti, "20 yanvar" metrostansiyasının yaxınlığı, Ziya Bünyadov, Babək və Tbilisi prospektləri, Günəşli qəsəbəsi, Suraxanı rayonu və Yasamal rayonu ərazilərində baş verib. Ən çox yol qəzaları Yasamal rayonu və Günəşli qəsəbəsi ərazilərində baş verib. Çünki bu ərazilər Bakının ən hündür əraziləridir".

V. Əsədov bildirib ki, hazırda Bakının mərkəzi küçələri və adıçəkilən sürüşmə ehtimalı çox olan ərazilər nəzarətə götürülüb.

Xatırladaq ki, ötən gündən indiyə qədər qarlı hava şəraiti ilə bağlı Bakı şəhəri ərazisində 41 yol qəzası baş verib.

 

Tarix
25 Fevral 2021 [10:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-02-25 10:23:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin