DİN Bakıda gəlinini doğrayan kişinin tutulması ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda qadının doğranaraq qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumatda bildirilir ki, yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın meyitinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə meyitin Babək rayon sakini Banu Məhərrəmova olması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Tarix
28 Yanvar 2021 [11:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-28 11:26:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin