Dastin Porye Konor Makqreqoru nokauta saldı - VİDEO

11:04 - 24 Yanvar 2021 - İDMAN

Mütləq Döyüş Çempionatı UFC 257 turnirinin növbəti döyüşü keçirilib. Ucnoqta.az xəbər verir ki, yarış Döyüş adası Abu-Dabidə, amerikalı Dastin Porye ilə UFC-nin iki çəki üzrə keçmiş çempionu irlandiyalı Konor Makqreqorla baş tutub.

Turnirdə Dastin Porye Konor Makqreqoru ikinci raunda texniki nokautla məğlub edib.

Qeyd edək ki, Dastin Porye professional karyerası ərzində keçirdiyi döyüşlərin 6-da məğlub olub, 27-də isə qələbə qazanıb.

Makqreqor isə 27 döyüşdə 5-ni uduzub. Lakin o, ilk dəfədir ki, döyüşü bu qədər tez uduzub.

 

Namiq Musayev

 

Xəbər xətti