"Onlayn dərslərə qoşulmayan müəllimlərin qeydiyyatı aparılır"- Prorektor

Distant dərslərdə sui-istifadə hallarına yol verən müəllimlər var. Həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq.

Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov “Pandemiya şəraitində tədrisin və imtahanların təşkili” mövzusunda keçirilən onlayn tədbirdə deyib.

O bildirib ki, distant dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır:
“Biz bu faktlar üzrə qeydiyyat aparırıq. Seçikilər və qeydiyyatlar zamanı bu amil nəzərdə alınacaq. Bəzi tələbələr də yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, ən çox onların kadr kimi yetişməsində özləri üçün problem yaradacaq”.

Tarix
15 Yanvar 2021 [15:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-01-15 15:38:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin