Düşmənin 6 PUA-sı məhv edilib - MN

19:10 - 21 Oktyabr 2020 - Xəbər

“Ötən müddət ərzində cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib”.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, düşmən xeyli itkilər verərək geri çəkilməyə məcbur edilib: “Çoxlu sayda silah-sursat bölmələrimiz tərəfindən ələ keçirilib. Düşmənin 6 PUA-sı məhv edilib. Azərbaycan Ordusunun üstünlüyü barədə düşmənin etiraflarını Ali Baş Komandanımız bundan əvvəl də vurğulayıb”.

Xəbər xətti