Gürcüstanda daha 294 nəfərdə koronavirus aşkarlanıb

10:53 - 27 Sentyabr 2020 - Xəbər

Gürcüstanda son sutkada daha 294 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 87 pasiyent sağalaraq evə buraxılıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 5 254-ə, sağalanların sayı isə 1 906-a çatıb. Xəstəlikdən 28 nəfər vəfat edib.

Hazırda karantində 5 674, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. 800 asimptomatik xəstə xüsusi otellərdə müalicə alır.///report

Xəbər xətti