Ermənistanda son sutkada 429 nəfər koronavirusa yoluxub

11:58 - 26 Sentyabr 2020 - Xəbər

Ermənistanda son sutka ərzində 429 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. APA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 49072 nəfərə çatıb. Son sutkada Ermənistanda koronavirusdan 1 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 948 nəfərə çatıb.

Xəbər xətti