Bu gün 19 şagirddə koronavirus aşkarlanıb

15:38 - 24 Sentyabr 2020 - Xəbər

Təhsil Nazirliyi təhsil müəssisələrində COVID-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb. Ucnoqta.az xəbər verir ki, bu gün 19 şagird koronavirusa yoluxub. Hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 94, işçi heyətinin sayı isə 2 nəfərdir. Həmçinin virusa 3 işçi yoluxub. Təhsil Nazirliyinin açıqlamasına görə, virusa yoluxma səbəbindən 3 sinif distant təhsilə keçirilib.

Xəbər xətti