Azərbaycanda daha 162 nəfər koronavirusa yoluxdu- 1 nəfər vəfat etdi

15:37 - 24 Sentyabr 2020 - Xəbər

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 162 nəfər sağalıb, 133 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 686 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 255 nəfər müalicə olunaraq sağalıb, 581 nəfər vəfat edib, aktiv xəstə sayı 1 850 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 618, bu günə qədər isə ümumilikdə 1 080 873 test icra olunub.

 

Xəbər xətti