Gürcüstanda azərbaycanlı kişi ov tüfəngi ilə güllələnib

Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində ötən gecə silahlı insident baş verib.

Hadisə zamanı 47 yaşlı kişi ov tüfəngi ilə güllələnib.
Üz nahiyəsindən xəsarət alan həmin şəxs xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun hazırkı durumu qənaətbəxş kimi qiymətləndirilir.

İnsidentin mübahisə zəminində baş verdiyi bildirilir. Mübahisənin səbəbi hələ ki, məlum deyil.

Yerli mətbuatın yaydığı məlumata əsasən, 25 yaşlı gənc hadisəni törətməkdə şübhəli bilinir. O, hadisə yerindən qaçmağa cəhd edərkən avtomobil qəzasına düşərək xəsarət alıb. Gənc də xəstəxanaya yerləşdirilib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.///report

Tarix
7 İyul 2020 [09:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-07 09:46:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin