"Neftçi" "Qarabağ"a qarşı

09:55 - 30 Aprel 2026 - İDMAN

Bu gün Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış "Neftçi" "Qarabağ" oyunu keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, saat 20:00-da start götürəcək qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.

İlk dövrədəki oyunda "Qarabağ" 2:0, 3-cü dövrədə keçirilən matçda isə 5:1 hesabı ilə qalib gəlib.
Ağdam təmsilçisi çempionatda 59 xalla ikinci, Bakı klubu 44 xalla beşinci pillədə qərarlaşıb.

30 aprel 

20:00.“Neftçi” – “Qarabağ”
“Palms Sports Arena”

Xəbər xətti