Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı Moskvada keçiriləcək 9 May Qələbə Günü Paradına dəvət etməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-ın sualına cavab olaraq bildirib.
Kreml sözçüsü məsələ ilə bağlı suala cavab olaraq "Xeyr" deyib.
Xatırladaq ki, Rusiya və ABŞ liderləri bir gün əvvəl telefonla danışıblar.