Çin İrana hava hücumundan müdafiə sistemləri və ya pilotsuz uçuş aparatları təchiz etmir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Syaoqanq bildirib.
Sözçü Çinin İraqla dost hərbi münasibətlər saxladığını aydınlaşdırıb. Çjan Syaoqanq qeyd edib ki, Çin hərbi ixracata nəzarət edir, dost ölkələrlə əməkdaşlığı təşviq edir və regional və qlobal sülhün və sabitliyin təmin edilməsində konstruktiv rol oynayır.