ABŞ prezidenti Donald Trampa sui-qəsd cəhdində ittiham olunan Koul Tomas Allen hadisədən yarım saat əvvəl Vaşinqton Hilton otel otağında selfi çəkdirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə New York Post qəzeti məlumat yayıb.
Şəkli təhlil etdikdən sonra qəzet şübhəlinin iki odlu silah, sursat, bir neçə bıçaq, kəlbətin və məftil kəsici apardığını düşünür. Allen qırmızı qalstuklu qara kostyum geyinmişdi.