Bank kartlarından oğurluq edən şəxslər saxlanıldı

16:19 - 28 Aprel 2026 - HADİSƏ

Paytaxt ərazisində iki nəfərin bank kartından oğurluq edilib və nəticədə zərərçəkənlərə ümumilikdə 1150 manat ziyan vurulub.

DİN-in Mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 25 yaşlı T.Sayılov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Novruzov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar aparılır.

Xəbər xətti