İsrail səfiri çərşənbə axşamı Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və orada ona etiraz notası təqdim olunacaq.
Ucnoqta.az bildirir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
Onun sözlərinə görə, səfir Rusiya taxılını daşıyan ikinci gəminin Hayfa limanına gəlməsi ilə əlaqədar çağırılır. Sibiqa əlavə edib ki, Ukrayna artıq əvvəlki gəmi ilə bağlı sorğu göndərib, lakin İsrail buna məhəl qoymayıb.