Moskvada Qələbə Günü Paradında hərbi texnika olmayacaq

11:05 - 29 Aprel 2026 - DÜNYA

Moskvada keirilən 9 May Qələbə Günü Paradında hərbi texnika iştirak etməyəcək

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin bütün qollarının ali hərbi təhsil müəssisələrinin və fərdi xidmətlərinin şəxsi heyəti paradın piyada dəstəsində iştirak edəcək.
Mövcud əməliyyat şəraiti ilə əlaqədar olaraq, Suvorov və Naximov hərbi məktəblərinin, kadet korpuslarının və hərbi texnika dəstəsinin tələbələri bu il hərbi paradda iştirak etməyəcəklər.
Paradın hava hissəsi zamanı Rusiya akrobatika komandalarının təyyarələri Qırmızı Meydan üzərindən uçacaq.

Xəbər xətti