"Daha da yaxşı işləyəcəyəm" - Məzahir Pənahov

10:37 - 29 Aprel 2026 - Cəmiyyət

Mərkəzi Seçki Komissiyasının (MSK) yenidən sədri seçilən Məzahir Pənahov haqqında yazılanlara münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, Məzahir Pənahov Manset.az-a açıqlamasında MSK sədri seçilməsinin onun üçün böyük məsuliyyət olduğunu deyib.

“Yenidən böyük etimad göstərilib. Çalışacağam ki, bu etimadı doğruldum. Mənim haqqımda da yazırlar. Sağ olsunlar. Onlara heç nə deməyəcəyəm. Yazılanlar məni daha da güclü edir. Mən daha da yaxşı işləyəcəyəm”, - M.Pənahov əlavə edib.

Daha sonra MSK sədri oğlu ilə gəlini arasında baş verən qalmaqal barədə jurnalistin sualına cavab verməyib.

Qeyd edək ki, Məzahir Pənahovun yenidən MSK sədrliyinə namizəd olmayacağı və yaşının çox olması ilə bağlı məlumatlar yayılmışdı.

75 yaşlı M.Pənahov 2000-ci ildən Mərkəzi Seçki Komissiyasının sədridir.

Xəbər xətti