Yəmən üsyançı hərəkatı Ənsar Allah (Husilər) İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və Livan Hizbullah hərəkatı ilə birgə qanadlı raket əməliyyatı keçirərək İsraildəki bir neçə hərbi hədəfi məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü Yəhya Saria bildirib.
Yəmən hərəkatının açıqlamasına görə, Ənsar Allah, İİKK və Livandakı müqavimət qrupları Ümm əl-Rəşrəşdə (İsrailin Eylat şəhərində) bir neçə mühüm İsrail hərbi hədəfinə qarşı kütləvi kruiz raketi və pilotsuz təyyarə hücumu ilə bağlı birgə əməliyyat keçiriblər. Hərbi sözçüsünün sözlərinə görə, birgə əməliyyat məqsədlərinə uğurla çatıb.
Saria həmçinin "Ənsar Allah"ın qələbəyə qədər hərbi əməliyyatları davam etdirəcəyini bildirib.