İranpərəst qruplar İraqdakı ABŞ diplomatik obyektlərinə iki dəfə hücum ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə "France-Presse" agentliyi ABŞ-ın ölkədəki səfirliyinə istinadən məlumat yayıb.
Səfirliyin məlumatına görə, hücumlar bazar günü gecəsi baş verib. Tələfat barədə məlumat verilməyib.