Bayıl stadionu may ayında - cari mövsüm başa çatdıqdan sonra təmirə bağlanacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında deyib.
Qurum rəsmisi AFFA-nın balansında olan arenanın təmirdən sonra uşaq və gənclər futbolu üçün istifadə olunacağını deyib.
Onun sözlərinə görə, iki regionda isə futbol mərkəzi istifadəyə veriləcək.