SEPAH Fars körfəzində müasir qırıcı təyyarəni vurub

00:00 - 3 Aprel 2026 - DÜNYA

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində Qeşm və Henqam adaları arasında qəzaya uğrayan "müasir düşmən qırıcı təyyarəsini" vurduğunu iddia edib.

Ucnoqta.az xəbər verir ki, İran dövlət televiziyası SEPAH mətbuat xidmətinə istinadən bildirib.
Məlumata görə, bir neçə dəqiqə əvvəl Qeşm adasının cənubunda müasir düşmən qırıcı təyyarəsi İİKK Hərbi Dəniz Qüvvələrinin ölkənin inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsi tərəfindən idarə olunan inkişaf etmiş hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.

İran Silahlı Qüvvələrinin məlumatına görə, qırıcı təyyarə Henqam və Keşm adaları arasında qəzaya uğrayıb və batıb.

Xəbər xətti