İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai ABŞ prezidenti Donald Trampın iranlı həmkarının atəşkəs tələb etməsi iddiasını təkzib edib.
Ucnoqta.az xəbər verir ki, o, bu açıqlamanı "Əl-Cəzirə"yə verdiyi açıqlamada deyib.
"Trampın atəşkəs tələb etdiyimiz iddiası yalandır", - deyə o bildirib.
Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp İran prezidenti Məsud Pezeşkianın ABŞ administrasiyasından atəşkəs tələb etdiyini iddia etmişdi.