Münaqişənin belə sonluğu ABŞ üçün məğlubiyyət olacaq - CNN

12:18 - 1 Aprel 2026 - DÜNYA

Beynəlxalq ictimaiyyət İranla münaqişənin Hörmüz boğazına nəzarəti saxlaması ilə başa çatması halında bunu ABŞ üçün strateji məğlubiyyət kimi qəbul edəcək.

Ucnoqta.şaz xəbər verir ki, bu fikirlər Amerikanın CNN televiziya kanalında səsləndirlib.

CNN analitiki Stiven Kollinson deyir ki, İranın Hörmüz boğazına nəzarəti saxlaması ilə müharibəyə son qoyulması beynəlxalq səviyyədə ABŞ üçün strateji məğlubiyyət kimi qəbul ediləcək.

"Belə bir ssenaridə İran mütləq qələbəsini elan edəcək və bəlkə də gələcək hücumlara qarşı bir maneə yaratdığına inanacaq.

Bundan əlavə, CNN analitikinin fikrincə, İran boğaza daxil olan tankerlərə tariflər tətbiq etməklə bundan pul qazanmağa çalışacaq. O əlavə edib ki, bu, İrana əlavə gəlir gətirəcək və bu gəlirdən silahlı qüvvələrini, eləcə də ABŞ və İsrail tərəfindən hava hücumları zamanı məhv edilən raket və nüvə proqramlarını yenidən qurmaq üçün istifadə edə bilər.

Kollinson əlavə edib ki, münaqişənin belə bir nəticəsi ABŞ prezidenti Donald Tramp üçün "üstünlük təşkil edəcək", çünki "boğazı zorla açmaq üçün edilən hər hansı bir cəhd ABŞ üçün böyük itkilərə səbəb olacaq və müharibəni uzadacaq, prezidentin ölkə daxilindəki ləkələnmiş siyasi nüfuzunu daha da sarsıdacaq".

Xəbər xətti