Böyük Britaniya və Avropa Birliyi Hörmüz boğazında gəmiçiliyi bərpa etmək planı üzərində işləyəcəklər.
Ucnoqta.az xəbər verir ki, bu, Böyük Britaniya Baş naziri Keyr Starmerin ofisinin Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə telefon danışığından sonra yayımladığı açıqlamada bildirilib.
Starmer və Fon der Lyayen həmçinin Ukraynaya dəstək və Londonla Brüssel arasında münasibətlərin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Onların söhbəti Hörmüz boğazının bağlanması ilə bağlı təhlükəsizlik konfransından əvvəl baş tutub. Bu görüş cümə axşamı xarici işlər nazirləri səviyyəsində videokonfrans vasitəsilə keçiriləcək.