Tramp Baş prokuror Pam Bondini işdən çıxardı

21:54 - 2 Aprel 2026 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp Baş prokuror Pam Bondini işdən çıxarıb.

Ucnota.az xəbər verir ki, Fox News bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.

Xəbər agentliyinin məlumatına görə, prezident Bondi ilə İranla bağlı televiziya çıxışından əvvəl Ağ Evdə görüşüb. Çərşənbə günü keçirilən görüşdə prezident Bondiyə qarşıdan gələn istefası barədə məlumat verib.

The New York Times qəzetinin əvvəllər xəbər verdiyi kimi, prezident hazırda ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri olan Li Zeldini Baş prokuror təyin etməyi təklif edib.

İstefanın əsas səbəbi ədliyyə katibinin pedofiliyada ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərin açıqlanmasından sonrakı hərəkətləridir.

Xəbər xətti