"Əliyarın haramı olsun" - Video

20:43 - 3 Aprel 2026 - İDMAN

"Bir il əziyyətimizi gətirib yerə vururlar"

Ucnoqta.az xəbər verir ki, "Turan Tovuz"un rəhbəri Ehtiram Quliyev sərt açıqlamalar verib. 

O, hakim Əliyar Ağayevin ünvanına sərt ittihamlar səsləndirib. 

“Xüsusən Əliyar Ağayevin təyinatı vaxtı başmıza gələcəyini bilirdik. Suyu oturub içən hakimlərdən canımızı qurtarmalıyıq. Bir illik əziyyətimizi içməsinlər. Əliyarın, Turalın oyunlara təyinatında belə hakimlik gözləyirdik. Əziyyətimiz Əliyarın haramı olsun. Bəzi şeyləri biriləri dilə gətirməlidi. Biz dilə gətirmədikdə, səssiz qaldıqca əliyarlar belə oyunlar idarə edəcək və futbolumuzu bu günə qoyacaq", - deyə Ehtiram Quliyev bildirib.

Xəbər xətti